Fişəng zavodunda partlayış - 20 nəfər yandı
Bizi izləyin

Dünya

Fişəng zavodunda partlayış - 20 nəfər yandı

Hindistanda fişəng istehsal edən zavodda güclü partlayış baş verib.

Publika.az xəbər verir ki, hadisə Madya-Pradeş ştatında, Balaqhat rayonunda qeydə alınıb. Partlayış nəticəsində 20 nəfər ölüb, daha 10 nəfər xəsarət alıb.

Yanğınsöndürənlər zavoddakı yanğını 2 saata söndürüblər. Hadisə yerində 20 yanmış cəsəd aşkarlanıb.

İlkin məlumata görə, hadisəyə işçilərdən birinin ehtiyatsızlıq edərək papiros çəkməsi olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm