Həbsxanada qiyam - 7 ölü, 13 yaralı
Bizi izləyin

Dünya

Həbsxanada qiyam - 7 ölü, 13 yaralı

Bina polis və hərbçilər tərəfindən əhatəyə alınıb.

Meksikanın Tamaulipas ştatının Syudad-Viktoriya şəhərindəki həbsxanada atışma olub.

Publika.az xəbər verir ki, hüquq-mühafizə orqanları əməkdaşlarının silahlı məhbuslarla atışması təxminən 2 saata qədər davam edib. Nəticədə 7 nəfər ölüb, daha 13 nəfər xəsarət alıb.

Yerli hakimiyyət orqanları atışma zamanı öldürülənlərin 3-nün polis əməkdaşları olduğunu bildirib. İlkin məlumata görə, həbsxananın içində qiyama cəhd olub. Bina polis və hərbçilər tərəfindən əhatəyə alınıb. Həbsxananın yaxınlığında isə məhkumların taleyindən narahatlıq keçirən qohumları olub.

Qeyd edək ki, ilkin məlumatda atışma zamanı 4 nəfərin ödürüldüyü və 6 nəfərin xəsarət aldığı bildirilirdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm