• USD 1,7000 0,00% EUR 1,9143 +0,64%
    • GBP 2,1553 +0,95% RUB 0,0267 +0,75%

İrəvanın planları ALT-ÜST OLDU: Trampın Sarkisyanın zənglərinə cavab verməməsinin SİRRİ

  • Dünya
  • 8 İyun 2017 11:06
  • 3 330 Baxış
İrəvanın planları ALT-ÜST OLDU: Trampın Sarkisyanın zənglərinə cavab verməməsinin SİRRİ

ABŞ prezidenti Donald Tramp Ermənistan prezidenti Serj Sarkisyana sözün həqiqi mənasında məhəl qoymur. Tramp Ağ Evə gələndən sonra Azərbaycan və Gürcüstan prezidentlərinə isti münasibəti ilə seçilir, lakin Cənubi Qafqazın digər ölkəsi olan Ermənistanı sanki qaralama kağız kimi əzərək, ofisindəki zibil yeşiyinə tullayıb. Halbuki, ABŞ-da erməni diasporu və lobbisinin gücünü nəzərə alsaq, Tramp Sarkisyanla çoxdan görüşməli, heç olmasa telefonla danışmalı idi.

Publika.az
xəbər verir ki, “kavkazplus” saytı Trampın Sarkisyanı saymamasının səbəbləri haqda yazıb.

Sayt qeyd edir ki, Tramp prezident seçildiyi yarım il ərzində Sarkisyanın telefon zənglərinin heç birinə cavab verməyib: “Erməni lobbisinin bütün cəhdlərinə baxmayaraq, o, Ermənistan prezidentini qəbul etmir. Sarkisyan seçkidən sonra Trampla telefonda danışmağa cəhd etdi. Tramp danışıqdan imtina etdi, onun yerinə vitse-prezident Mayk Pensi danışdı. Məkumatlar var ki, Sarkisyan erməni lobbisini dövriyyəyə salaraq, Trampdan onunla danışması üçün dəfələrlə xahiş edib, lakin hər dəfə imtina cavabını alıb. ABŞ-ın yeni administrasiyası sübut edir ki, ermənilər Trampı ələ ala bilməyəcək. Əslində Hillari Klintonun məğlubiyyəti İrəvanın planlarını alt-üst etdi”.

Məqalədə vurğulanır ki, Sarkisyanın qondarma “erməni soyqırımı”nın “ildönümü” ərəfəsində də Trampla danışmaq cəhdi baş tutmayıb.

“Görünür, erməni diasporunun mövqeyi, həmçinin, Ermənistanın regionda işğalçı siyasəti və qonşu ölkələrə qarşı ərazi iddiaları, eləcə də İranla “oynaqlaşması” Vaşinqtonda qəbul edilmir. Tramp Ermənistandan fərqli olaraq Azərbaycan və Gürcüstan liderlərinə böyük hörmət bəsləyir. Misal üçün, Sarkisyana cavab verməyən ABŞ prezidenti Azərbaycan Prezidenti İlham Əliyevlə dostcasına danışır, onun haqqında xoş sözlər söyləyir, Azərbaycanın əhəmiyyətini vurğulayır. Eyni mövqe Gürcüstana da sərgilənir. Hətta mümkündür ki, yaxın vaxtlarda Azərbaycan ABŞ silahının böyük alıcısı ola bilər”, - deyə sayt yazıb.

Asif

loading...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR