Qətərə qarşı növbəti SANKSİYA
Bizi izləyin

Dünya

Qətərə qarşı növbəti SANKSİYA

“Emirates Post Group” Qətərlə poçt rabitəsinin bütün xidmətlərinin göstərilməsini dayandırıb.

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) milli poçt xidməti “Emirates Post Group” Qətərlə poçt rabitəsinin bütün xidmətlərinin göstərilməsini dayandırıb.

Publika.az “Röyters” agentliyinə istinadən xəbər verir ki, bu haqda “Emirates Post Group”un ofisindən bildirilib.

Qeyd edək ki, bazar ertəsi Səudiyyə Ərəbistanı, Misir, Bəhreyn və BƏƏ Qətərlə diplomatik əlaqələri kəsdiklərini bəyan etdi. Onlar qərarlarını Qətərin apardığı siyasətin bölgədə təhlükəsizliyə mənfi təsiri, terrorizmə dəstək və İrana yaxın qruplaşmalara maddi yardım göstərməsi ilə əsaslandırıblar. Ardınca Liviya, Yəmən, Maldiv adaları, Mavrikiy və Mavritaniya Qətərlə diplomatik əlaqələrin dayandırıldığını açıqlayıb. Ölkələr həmçinin hava məkanlarını Qətər üçün bağlı elan ediblər.

Dünən isə Cibuti Qətərlə diplomatik münasibətlərin səviyyəsini aşağı düşürüb. Seneqal Qətərdəki səfirini geri çağırıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm