Cərəyana qoşulan telefon evi külə çevirdi - VİDEO
Bizi izləyin

Dünya

Cərəyana qoşulan telefon evi külə çevirdi - VİDEO

Tüstüyə oyanan ev sahibi təcili olaraq ailəsini evdən çıxarıb.

Türkiyənin Diyarbəkir bölgəsinin Bismil kəndində dəhşətli hadisə qeydə alınıb.

Publika.az xəbər verir ki, Şakir Karaaslan 8 ay əvvəl aldığı mobil telefonu evdə cərəyana qoşub. Daha sonra yatmağa gedib.

Bir müddət sonra evi tüstü bürüyüb. Partlayan telefon evdə böyük yanğına səbəb olub. Tüstüyə oyanan ev sahibi təcili olaraq ailəsini evdən çıxarıb.

Ancaq ev əşyaları ilə birlikdə külə dönüb.

Vətəndaş telefon mağazasını və şirkəti məhkəməyə verib.

Hadisə ilə bağlı araşdırma başlanıb.

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm