• USD 1,7000 0,00% EUR 1,9164 0,00%
    • GBP 2,1547 0,00% RUB 0,0263 0,00%

“Ya sünniliyə keçməli, ya da...” - Regionda məhvedici MÜHARİBƏ BAŞLAYIR

  • Dünya
  • 8 İyun 2017 15:30
  • 3 922 Baxış
“Ya sünniliyə keçməli, ya da...” - Regionda məhvedici MÜHARİBƏ BAŞLAYIR

Dünən İŞİD terror qruplaşması İranda ilk hücumunu həyata keçirdi. Son məlumatlara görə, paytaxt Tehranda parlament binası və İran inqilabının lideri Xomeyninin türbələrinə edilən hücumda ümumilikdə 17 nəfər ölüb. Həm parlamentə, həm də türbəyə hücum edən terrorçular məhv edilib.

Publika.az xəbər verir ki, İspaniyanın “El Mundo” nəşri terror aktlarının İranda İŞİD-in strukturunun mövcud olduğunu göstərdiyini yazıb.

İŞİD “Al-Amak" informasiya agentliyində üç bəyanat dərc edərək terror hücumlarına görə məsuliyyəti üzərinə götürdü. Agentliyin saytında həmçinin parlament binasında çəkilmiş videoyazı dərc olundu. TRAC analitik mərkəzinin direktoru Verian Xan nəşrə müsahibəsində bildirb ki, Go Pro (başa bağlanan kamera – red.) kamerasından çəkilib və bu, İŞİD-in üslubunu göstərir.

Müəllifin fikrincə, İran parlamentinə hücumun arxasında bir neçə amil dayanır.

1.İŞİD sıralarında iranlıların olması.

2.Son həftələrdə İŞİD İrana qarşı mediakampaniyanı aktivləşdirib. İŞİD-in İraq bölməsi bir videoyazı dərc edərək İranın sünni azlığını rejimə qarşı silahla mübarizəyə çağırıb. İŞİD ölkə rəhbərlərini “fəth”lə hədələyir. Amma İran sünniləri indiyə kimi bu çağırışlara xüsusi maraq göstərmirdilər.

3.İŞİD şiələrin qlobal məhvini istəyir. Təşkilatın mövqeyi həmişə bundan ibarətdir ki, onlar ya sünniliyə keçməyə, ya da ölməyə məcburdur. Şiəliyin ən tanınmış paytaxtında şiələrə qarşı bu hücum təbliğat üçün effektiv olacaq.

Məqalə müəllifinin fikrincə, bu hücumlar cari vəziyyəti nəzərə alaraq əlavə əhəmiyyət kəsb edir. ABŞ prezidenti Tramp İranı lənətləyir, həmçinin Səudiyyə Ərəbistanı İranla qarşılıqlı anlaşmaya görə Qətərə təzyiq göstərir.

“İran hökuməti hiss edəcək ki, onu İraq və Suriyada müdaxiləni genişləndirməyə məcbur edirlər. Əgər bu olacaqsa, sünnilər və şiələr arasında müharibənin eskalasiyası İŞİD-in ideoloji atəşinin üstünə yağ tökəcək”, - analitik Çarli Uinter deyib.

4. Son bir ay ərzində İraq və Suriyadan kənarda - Böyük Britaniya, Filippin, İndoneziya, Misir, Avstraliya, Pakistan və İranda terror aktları baş verib. Terror aktları Suriya və İraqda diqqəti İŞİD-in itkilərindən yayındırmaq ehtiyacı ilə izah olunur.

Ömər Dağlı

loading...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR