Kremldən xatırlatma: “Ölkədə vətəndaş müharibəsi davam edir”
Bizi izləyin

Dünya

Kremldən xatırlatma: “Ölkədə vətəndaş müharibəsi davam edir”

"Bu, Avrasiya regionunda təhlükəsizliyimizi və güc balansını təhdid edir”.

“Moskva NATO-nun Rusiya sərhədlərinə tərəf genişlənməsi prosesini narahatlıqla qarşılayır”.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bunu Ukrayna Ali Radasının bu gün qəbul etdiyi qanun layihəsini şərh edən Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə deyib.

“Biz hesab edirik ki, bu, Avrasiya regionunda təhlükəsizliyimizi və güc balansını təhdid edir”, - o qeyd edib.

Kremlin sözçüsü həmçinin bildirib ki, Ukraynanın NATO-ya daxil edilib-edilməməsi barədə qərarı Moskva deyil, ittifaqın özü verir. Peskov əlavə edib ki, söhbət hazırda vətəndaş müharibəsinin getdiyi bir ölkənin NATO-ya üzvlüyündən gedir.

Xatırladaq ki, Ukrayna Ali Radası (parlament) bu gün ölkənin xarici siyasətinin prioriteti kimi NATO-ya üzvlüyünün qanunverici əsaslarının möhkəmləndirən qanun layihəsini qəbul edib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm