Xruşovun nəvəsi faciəvi şəkildə öldü
Bizi izləyin

Dünya

Xruşovun nəvəsi faciəvi şəkildə öldü

İnsidentin təfərrüatları açıqlanmır.

SSRİ-nin rəhbərlərindən biri olmuş Nikita Xruşovun nəvəsi 1940-cı il təvəllüdlü Yuliya Xruşova Moskvada faciəvi şəkildə ölüb.

Publika.az xəbər verir ki, 77 yaşlı qadın “Solneçnaya” stansiyasında “Vnukovo-Moskva” marşrutu üzrə hərəkət edən elektrik qatarının altına düşərək hadisə yerində keçinib.

İnsidentin təfərrüatları açıqlanmır.

Xruşova Yuliya Leonidovna 1940-cı ildə gələcəkdə SSRİ-nin Sov.İKP MK Baş katibi olacaq Nikita Serqeyeviç Xruşovun oğlu Leonid Xruşovun ailəsində dünyaya gəlib. Leonid Xruşov itkin düşdükdən sonra Nikita Xruşov nəvəsini övladlığa götürüb. (apa)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm