Tereza Mey parlament əksəriyyətindən məhrum oldu – İSTEFA ÇAĞIRIŞI - YENİLƏNDİ
Bizi izləyin

Dünya

Tereza Mey parlament əksəriyyətindən məhrum oldu – İSTEFA ÇAĞIRIŞI - YENİLƏNDİ

Son məlumatlara görə, hakim Mühafizəkarlar Partiyası İcmalar Palatasında 316 yer alacaq. Leyboristlər 261, liberal-demokratlar 12, Şotlandiya millətçiləri 35, qalan partiyalar isə 23 mandata sahib olublar.

***

Böyük Britaniyada keçirilən növbətənkənar parlament seçkilərinin nəticəsi olaraq hakim Mühafizəkarlar Partiyası parlament əksəriyyətindən məhrum olub.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, ilkin məlumatlara görə, hakim partiya İcmalar Palatasında (parlamentin aşağı qanadı –red.) 306 yer alacaq.

Leyboristlərin 258, liberal-demokratların 12, Şotlandiya millətçilərinin 34, digər partiyaların isə 21 mandat aldığı bildirilir. Seçki bülletenləri hələ sayılmayan 19 dairə üzrə nəticələr isə səsvermənin yekun nəticələrini cüzi də olsa dəyişdirə bilər.

Qeyd edək ki, Britaniya parlamentinin aşağı palatası 650 yerlikdir və partiyalardan birinin parlament əksəriyyəti alması üçün 326 mandat əldə etməli idi. Mühafizəkarların İcmalar Palatasının əvvəlki tərkibində isə 330 yer var idi.

Böyük Britaniyanın baş naziri Tereza Mey seçkilərinin ilkin nəticələrinin açıqlanmasından sonra bildirib ki, hakim partiyanın qələbəsi ölkəyə sabitlik gətirəcək və Londonu Avropa İttifaqından çıxış üçün əlverişli şərtlərlə təmin edəcək. Öz növbəsində leyboristlərin lideri Ceremi Korbin parlamentdə əksəriyyəti itirən baş naziri istefa verməyə çağırıb.

Mühafizəkarların parlament əksəriyyətini əldə etməməsi koalisiyaların yaradılmasını zəruri edəcək. Mümkün koalisiya variantları artıq KİV-də fəal müzakirə edilir.

Tereza Mey isə baş nazir vəzifəsindən istefa verməyi planlaşdırmadığını bəyan edib. Bu haqda mənbələrə istinadən BBC telekanalı bildirib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm