“Min dəfə ağır olacaq” - İrandan İNTİQAM SÖZÜ
Bizi izləyin

Dünya

“Min dəfə ağır olacaq” - İrandan İNTİQAM SÖZÜ

"İyunun 8-də Tehranda təşkil edilən hücumların intiqamı alınacaq".

"İyunun 8-də Tehranda təşkil edilən hücumların intiqamı alınacaq".

Publika.az “Fars” informasiya agentliyinə istinadən xəbər verir ki, bunu İran dövlət televiziyasına danışan İran İslam İnqilabı Keşikçilər Korpusunun (SEPAH) rəhbərinin müavini Hüseyn Salami deyib.

“Hücumların intiqamını alacağıq. Bunun necə və harada olacağı gizlidir. İntiqam bizə ediləndən min dəfə ağır olacaq və millətimiz bunu görəcək”, - o vurğulayıb.

Qeyd edək ki, bu İranın intiqam alınacağı barədə ilk bəyanat deyil. SEPAH daha əvvəl hücumun arxasında Səudiyyə Ərəbistanının olduğunu və intiqam alınacağını açıqlayıb.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm