99 milyon illik tapıntı - Daşın içərisindəki quş başı... FOTOLAR
Bizi izləyin

Dünya

99 milyon illik tapıntı - Daşın içərisindəki quş başı... FOTOLAR

"Bu sadəcə mükəmməldir".

Çin, ABŞ və Kanadadan olan bir qrup mütəxəssis kəhrəba daşını araşdırmağa başlayıb.

Publika.az Daily Mail-a istinadən xəbər verir ki, bu günə qədər müdafiə olunan, içərisində bala bir quş olduğu görülən 99 milyon il yaşı olan maraqlı abidə (skelet) ilk dəfə ictimaiyyət qarşısında nümayiş olunub. 2016-cı ildə Myanmanın qərbində yerləşən daş içərisində olan skeletin yaşını müəyyənləşdirmək üçün mütəxəssislər bir neçə ay vaxt sərf edib.

Los Ancelesin Milli Tarix Muzeyində çalışan paleontoloq Luis Kiappenin sözlərinə görə, qüsursuz tapıntı bizə dinozavr dövrünü araşdırmağa kömək edəcək:

"Tapılan kəhrəba daşının içərisində 9 santimetrelik bala quşun başı, boynu, qanadı və pəncəsi açıq şəkildə görünür. Bu sadəcə mükəmməldir. Bu günümüzə qədər gəlib çatmış ən mükəmməl quş skleti hesab olunur".

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm