ABŞ kəşfiyyatının İrana HÜCUM PLANI – Əməliyyata “Qaranlıq şahzadə” başçılıq edəcək
Bizi izləyin

Dünya

ABŞ kəşfiyyatının İrana HÜCUM PLANI – Əməliyyata “Qaranlıq şahzadə” başçılıq edəcək

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CİA) “Qaranlıq şahzadə” ləqəbi ilə tanınan, bir çox gizli əməliyyatları idarə edən Mikael Dandrea İran əməliyyatlarının rəhbərliyinə gətirilib.

Publika.az
xəbər verir ki, bu barədə “Nyu York Times” nəşri yazıb.



Nəşr yazır ki, sərtlik tərəfdarı və aqressiv olan Dandrea “Qaranlıq şahzadə” və “Ayətullah Mike” ləqəbləri ilə tanınır: “Onun CİA-nın İran bölməsinin rəhbərliyinə gətirilməsi Tramp Administrasiyasının İran məsələsində daha sərt addımlar atacağından xəbər verir”.

Dandrea “Əl-Qaidə”nin zəiflədilməsində bir nömrəli şəxs kimi də tanınır. O, Yaxın Şərqdə CİA-nın saysız əməliyyatlarında iştirak edib. Virciniyada doğulan Dandreanın atası və babası da CİA əməkdaşı olub. İddialar var ki, Dandrea müsəlman qadınla ailə qurub və İslam dinini qəbul edib. İndiyə qədər Əfqanıstan, Pakistan və Yəmən kimi ölkələrdə qəddar üsulları ilə seçilib.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm