• USD 1,7000 0,00% EUR 1,9143 +0,64%
    • GBP 2,1553 +0,95% RUB 0,0267 +0,75%

Qətərə qarşı Səudiyyə SSENARİSİ: Hücumların arxasındakı ŞOK SƏBƏB

  • Dünya
  • 9 İyun 2017 16:41
  • 1 942 Baxış
Qətərə qarşı Səudiyyə SSENARİSİ: Hücumların arxasındakı ŞOK SƏBƏB

İrana yaxınlıqda və terrora dəstək verməkdə ittiham edilən Qətər Körfəz ölkələri tərəfindən embarqolara məruz qalır. Ərəb ölkələrinin Qətərə qarşı qəfil embarqo qərarı isə ABŞ prezidenti Donald Trampın ilk xarici səfərindən sonra verildi.

Publika.az xəbər verir ki, Türkiyənin “Haber7” saytının yazarı Fuat Önerin sözlərinə görə, əsas məqsəd Qətəri çoxmilyardlı silah sazişlərinə məcbur etməkdir.

Müəllif xatırladır ki, ABŞ ötən il Səudiyyə Ərəbistanını 11 sentyabr terror aktlarına dəstək verməkdə ittiham edərək terror aktlarında həyatını itirənlərin yaxınlarının Ər-Riyada qarşı məhkəmə iddiası qaldırmasına imkan verən qətnaməni qəbul etmişdi.

“Terror ittihamlarından qısa müddət sonra ABŞ-ın yeni prezidenti Tramp ilk xarici səfərini Səudiyyə Ərəbistanına etdi. Və ABŞ tərəfindən terrora dəstəklə günahlandırılan Səudiyyə Ərəbistanı ilə 110 milyard dollarlıq silah satışı üzrə saziş imzalandı. ABŞ-ın terrora dəstək verməkdə ittiham etdiyi Səudiyyə Ərəbistanının əli ilə Qətərin terrora dəstəklə ittiham olunmasının arxasında nələr yatır?” – yazar qeyd edib.

Onun sözlərinə görə, ABŞ Qətərlə yaxın vaxtlarda 21 milyard dollarlıq silah satışı reallaşdırıb və ittihamların qəfildən səsləndirilməsi suallar doğurur: “Yaxşı, ABŞ bu qədər müddətdir ağır silahlar satdığı Qətərin terrora dəstək verdiyini bu günmü öyrəndi? Mərkəzi Kəşfiyyat İdarəsi və Pentaqon bu vaxta kimi fərq edə bilmədimi? Yoxsa, ABŞ Qətərin iqtisadi qaynaqlarından pay almaq və yeni silah satışları həyata keçirmək üçün onu terrora dəstək bəhanəsi ilə küncə sıxışdırmaq istəyir?”

Ömər

loading...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR