Suriyada müharibə başa çatdı - RUSİYA AÇIQLADI
Bizi izləyin

Dünya

Suriyada müharibə başa çatdı - RUSİYA AÇIQLADI

Suriyada vətəndaş müharibəsi faktiki olaraq dayandırılıb.

Suriyada vətəndaş müharibəsi faktiki olaraq dayandırılıb.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahının Baş operativ idarəsinin rəhbəri Sergey Rudskoy bildirib.

O vurğulayıb ki, ölkədə vəziyyət təhlükəsiz zonaların yaradılması haqqında memorandumun imzalanmasından sonra kardinal şəkildə yaxşılaşıb. General qeyd edib ki, əhali azad edilmiş şəhərlərə qayıdır, ev təsərrüfatları, enerji təchizatı, nəqliyyat qovşaqları, yollar və suvarma kanalları bərpa olunur.

Rudskoyun sözlərinə görə, yalnız Dəməşq əyalətinin şimalında 2,6 mindən çox döyüşçü amnistiya haqqında fərmandan istifadə edərək dinc həyata qayıdıb.

O, həmçinin ABŞ-ın başçılıq etdiyi koalisiyanın Suriyadakı hərəkətlərini qiymətləndirib. Rudskoy vurğulayıb ki, koalisiyanın hərəkətləri yalnız terrorçuların hökumət qoşunları tərəfindən məhv edilməsinə mane olur. General qeyd edib ki, koalisiya Suriya qoşunlarına zərbələr vurur, İŞİD döyüşçülərini Rakkadan Palmira və Deyr-es-Zor şəhərlərinə maneəsiz buraxır.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm