Sərgidən qaçan öküz 6 nəfəri yaraladı
Bizi izləyin

Dünya

Sərgidən qaçan öküz 6 nəfəri yaraladı

Sonda öküzü tutmaq mümkün olub.

Danimarkanın Odense şəhərində hər il keçirilən buynuzlu öküz sərgisindən qaçan heyvanlardan biri 6 nəfəri yaralayıb.

"Report" xəbər verir ki, cütdırnaqlının qaçması nəticəsində 4 uşaq və iki böyük xəsarət alıb.

Polisin məlumatına görə, yaralananlar arasında 7-11 yaş aralığında olan 4 qız uşağı var. Onlardan ikisi təcili vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Öküzün ayaqları altında qalan 50 yaşlı qadın və 58 yaşlı kişi isə çoxsaylı zədə və sıyrıntılarla xilas ola biliblər.

Sonda öküzü tutmaq mümkün olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm