• USD 1,7000 0,00% EUR 1,9020 -0,40%
    • GBP 2,1349 +0,18% RUB 0,0265 +0,38%

Bu məşhurla nahar etmək 2,6 milyon dollardı - FOTO

  • Dünya
  • 10 İyun 2017 17:02
  • 729 Baxış
Bu məşhurla nahar etmək 2,6 milyon dollardı - FOTO

Amerikalı milyarder Uorren Baffettomun sayca 18-ci hərracı keçirilib.

Publika.az xəbər verir ki, ABŞ-da amerikalı sahibkar, investor Uorren Baffettomla nahar etmək hüququ hərraca çıxarılıb. Nahar bileti nə az, nə çox, düz 2,6 milyon dollara satılıb. Bileti alan şəxs adının açıqlanmasını istəmir.

Hərracdan yığılan pul San-Fransiskoda evsizlərə yardım göstərən "Glide Foundation" fonduna keçirilib.

Sahibkarla nahar etmək hüququ qazanan şəxs nahar zamanı ona istənilən mövzuda sual verə bilər.

Milyarder bu günə qədər keçirdiyi 18 hərracdan 24 milyon dollardan çox qazanc əldə edib. 2016-cı ildə hərracdan toplanan pullar 3,45 milyon dollar olub. Bu, rekord göstərici hesab olunur.

Çinin məşhur şirkətlərindən biri sahibkarla nahar üçün 2,34 milyon dollar ödəyib.

2017-ci ildə "Forbes" jurnalının qlobal reytinqində milyarderlər arasında ikinci yeri tutan Uorren Baffettomun sərvəti 76,9 milyard dollar təşkil edir.

Könül Cəfərli

loading...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR