İtaliyanın ən təhlükəli mafiya rəhbəri tutuldu
Bizi izləyin

Dünya

İtaliyanın ən təhlükəli mafiya rəhbəri tutuldu

Braziliya polisi San Paulu şəhərində İtaliyanın ən təhlükəli mafiya rəhbərlərindən birini yaxalayıb.

Publika.az xəbər verir ki, bu barədə İtalya mühafizə orqanları məlumat yayıblar.

Tutulan Vinçenso Makri “İki dünyanın rəhbəri” adını almış Antonio Makrinin oğludur. Ata Makrinin cinayətləri təkcə İtaliya və Braziliyada deyil, ABŞ və Avropanın digər ölkələrində də tük ürpədirdi.

Mafiya rəhbərinin “İki dünyanın rəhbəri” adını alması isə onun 1975-ci ildə dünyasını dəyişməsinə baxmayaraq, hələ də adının insanları qorxutduğuna görədir. Atasının işini oğlu uğurla davam etdirirdi. Həm də həbsxanada otura-otura. 1989-cu ildən 2002-ci ilə qədər Vinçenso narkotik ticarət və quldurluğa görə ABŞ-da həbsdə yatıb. Bundan sonra isə Niderlanda yerləşib və fəaliyyətini yenə də davam etdirib.

Niderlanddan Venesuelaya saxta sənədlər üçün gedərkən polis tərəfindən saxlanılıb. İtaliya polisi ilə yanaşı İnterpol da uzun müddətdir ki, onun izinə düşsə də, sıx-sıx yerdəyişməsinə görə ələ keçirə bilmirdi.

Şəfiqə ŞƏFA

Oxumağa davam et
Reklam
Reklam

Gündəm