Hindistanda vertolyot qəzası: ölən və yaralananlar var
Bizi izləyin

Dünya

Hindistanda vertolyot qəzası: ölən və yaralananlar var

Hadisə zamanı vertolyotun göyərtəsində beş nəfər olub.

Hindistanda vertolyot qəzaya uğrayıb.

Bu barədə "Sinxua" agentliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, hadisə ölkənin şimalındakı Uttarakhand ştatında qeydə alınıb. Belə ki, xüsusi aviaşirkətə məxsus "Agusta 119" vertolyotu Haridvar şəhərinə uçuş zamanı havanın təzyiqinin aşağı olması səbəbindən müvazinətini itirərək yerə düşüb. Nəticədə vertolyotun mexaniki ölüb, iki pilot isə xəsarət alıb.

Hadisə zamanı vertolyotun göyərtəsində beş nəfər olub, lakin onlar xəsarət almayıblar. (Report)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm