Fransada parlament seçkiləri: 1-ci turun qalibi açıqlandı (YENİLƏNDİ)
Bizi izləyin

Dünya

Fransada parlament seçkiləri: 1-ci turun qalibi açıqlandı (YENİLƏNDİ)

İlkin nəticələr açıqlanıb.

Fransada keçirilən parlament seçkilərinin birinci turunda ölkə başçısı Emmanuel Makronun “İrəli, Respublika!” hərəkatı qalıb gəlib.

Publika.az xəbər verir ki, bu barədə seçkilərin təşkili və keçirilməsi ilə məşğul olan Fransa daxili işlər nazirliyinin məlumatında bildirilir.

Bülletenlərin 95,5 faizinin hesablanmasından sonra mərkəzçi "İrəli, Respublika!" 28,2 faiz seçici səsi toplayıb. Sağ-mərkəzçi “Respublikaçılar” partiyası 15,8 faiz, Marin Le Penin “Milli Cəbhə”si 13,01 faiz, Jan Lyuk Melanşonun "Təslim olmamış Fransa" partiyası 11%, sabiq hakim “Sosialist Partiyası” 7,4 səs toplayıb.

Proqnozlara görə, E.Makronun rəhbərlik etdiyi hərəkat parlamentdə 70% yer tuta bilər. Qeyd edək ki, seçkilərdə seçicilərin cəmi 48,7%-i iştirak edib. Seçkilərin ikinci turu iyunun 18-də keçiriləcək.

***

Fransa keçirilən parlament seçkilərinin birinci turunun ilkin nəticələri açıqlanıb.
Publika.az
xəbər verir ki, ilk turdan sonra ölkə başçısı Emmanuel Makronun “İrəli” partiyası liderlik edir. Ekzit-pollar Makronun partiyasının 30% səs topladığını göstərir. “Respublikaçılar” 19-20, “Milli Cəbhə” isə 17% səs toplayıb.

Seçkilərin ikinci turuna çıxmaq üçün müxtəlif partiya və seçki bloklarının irəli sürdüyü 7 877 namizəd mübarizə aparır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm