İNANILMAZ: Dilənçinin üstündən 30 min, bank hesabından sərvət çıxdı - - VİDEO
Bizi izləyin

Dünya

İNANILMAZ: Dilənçinin üstündən 30 min, bank hesabından sərvət çıxdı - - VİDEO

Türkiyənin Bursa bölgəsində insanları dəhşətə gətirən olay baş verib.

Publika.az xəbər verir ki, Bursanın Osmanqazi istiqamətində yerləşən tarixi Şehreküstü məscidinin qarşısında dilənçilik edən şəxs insanlardan topladığı pulları banka qoyurmuş.

Polislər tərəfindən günlərdir təqib edilən şəxsin üzərindən Ramazan ayı boyunca topladığı 30 min lirə ( 14 min AZN- red.) pul aşkarlanıb.

Araşdırma zamanı saxlanılan şəxsin müxtəlif banklarda 5 ayrı hesabının olduğu üzə çıxıb.

Bursanın mərkəzi polis məntəqəsinə aparılan şəxs haqqında qanunun müvafiq bəndinə uyğun cəza tətbiq edilib. Polis rəsmiləri insanları aldadaraq onlardan pul qopardan dəstələrin axtarışlarına davam edir.

Toplanılan pullar polis tərəfindən müsadirə olunub.

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm