Evindən 7 meyit tapıldı - 13 illik cinayətin üstü açıldı - - VİDEO
Bizi izləyin

Dünya

Evindən 7 meyit tapıldı - 13 illik cinayətin üstü açıldı - - VİDEO

ABŞ-da silsilə qətillər törədən cinayətkar 46 yaşlı Todd Kolheppin 13 ildir araşdırılan 7 cinayətinin üstü açılıb.

Publika.az "Daily Mail"-a istinadən xəbər verir ki, ABŞ-ın cənubi Karolina ştatında bir neçə cütlük bir-birinin ardınca itkin düşüb. Baş verən hadisələrlə bağlı polis əməkdaşları tərəfindən araşdırma qrupu yaradılıb.

Axtarışlar zamanı ştatın Spartanburg bölgəsində cinayətkar Todd Kolheppə aid konteyner aşkarlanıb. Dəmir konteynerin içərisinə daxil olan polislər burada itkin düşən 30 yaşlı Kala Braunu tapıb. Məlum olub ki, Todd iki aydır qadına təcavüz edərək işgəncələr verib.

Harda olduğunu bilməyən qadın baş verən hadisələr haqqında polisə məlumat verib. 32 yaşlı sevgilisinin gözlərinin önündə öldürüldüyünü deyən qadın daha iki nəfərin də öldürüldüyünü deyib: "Harda olduğumuzu bilmirəm. O, bizi döyüb, işgəncələr verirdi. Sevgilim gözlərimin önündə öldü. Cəsədini hara apardığını belə bilmirəm. Ondan başqa 2 nəfər daha vardı".

Aparılan araşdırma nəticəsində cinayətkarın silsilə qətillər törətdiyi daha bir evi aşkarlanıb. Evdə tanınmaz halda olan 3 cəsəd tapan polislər dəhşətə gəlib.

Xəstəxanada polislər tərəfindən rəsmi ifadəsi alınan Braun cinayətkarın yaxınlıqdakı motosiklet dükanında dörd nəfəri necə öldürdüyünü danışıb.

Polislər tərəfindən keçən ay saxlanılan Todd Kolhepp törətdiyi cinayətlərə görə ömürlük həbs cəzasına məhkum edilib.

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm