• USD 1,7000 0,00% EUR 1,9396 0,00%
    • GBP 2,1676 0,00% RUB 0,0272 0,00%

NATO-dan Rusiyaya əzələ nümayişi - BAŞLANDI

  • Dünya
  • 12 İyun 2017 11:50
  • 917 Baxış
NATO-dan Rusiyaya əzələ nümayişi - BAŞLANDI

Litvada NATO-nun 9 ölkəsinin iştirakı ilə “Dəmir canavar-2017” hərbi təlimləri başlayıb.

Publika.az “Röyters” agentliyinə istinadən xəbər verir ki, bu haqda Litva Müdafiə Nazirliyi bildirib.

Ölkənin cənub, mərkəzi və şərq hissələrində keçiriləcək təlimlərə 5,3 min hərbi qulluqçu cəlb edilib. Almaniyanın rəhbərlik etdiyi NATO beynəlmiləl batalyonunun döyüş məsələlərinin icrasına hazırlığının yoxlanılması təlimlərin əsas vəzifəsidir.

Hərbi manevrlər iyunun 23-nə kimi davam edəcək.

Daha əvvəl isə Rusiya ilə sərhəd yaxınlığında - Estoniyada beynəlxalq hərbi təlimlər başlayıb.

Ömər Dağlı

loading...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR