“Əgər biz itirsək…” – Qətər MEYDAN OXUDU
Bizi izləyin

Dünya

“Əgər biz itirsək…” – Qətər MEYDAN OXUDU

“Bir çoxları itirən tərəfin yalnız biz olmayacağımızı düşünür. Biz bir dollar itirsək, onlar da bir dollar itirəcəklər”.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, bunu bir sıra ərəb ölkələrinin Qətərə qarşı tətbiq etdiyi embarqonu şərh edən ölkənin maliyyə naziri Əli Şerif əl-Emadi deyib.

Onun sözlərinə görə, ölkənin iqtisadiyyatı və milli pul vahidi Qətəri embarqolardan asanlıqla qoruyacaq.

Xatırladaq ki, iyunun 5-də Səudiyyə Ərəbistanı, Misir, Bəhreyn və BƏƏ Qətərlə diplomatik əlaqələri kəsdiklərini bəyan etdi. Onlar qərarlarını Qətərin apardığı siyasətin bölgədə təhlükəsizliyə mənfi təsiri, terrorizmə dəstək və İrana yaxın qruplaşmalara maddi yardım göstərməsi ilə əsaslandırıblar. Ardınca Liviya, Yəmən, Maldiv adaları, Mavrikiy və Mavritaniya Qətərlə diplomatik əlaqələrin dayandırıldığını açıqlayıb. Ölkələr həmçinin hava məkanlarını Qətər üçün bağlı elan ediblər.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm