• USD 1,7000 0,00% EUR 1,9020 -0,40%
    • GBP 2,1349 +0,18% RUB 0,0265 +0,38%

Amerika tankları Kəbənin QAPILARINDA: Yaxın 50 il üçün DƏHŞƏTLİ PROQNOZLAR

  • Dünya
  • 12 İyun 2017 13:15
  • 2 121 Baxış
Amerika tankları Kəbənin QAPILARINDA: Yaxın 50 il üçün DƏHŞƏTLİ PROQNOZLAR

“Bu coğrafiyanı Amerika və İngiltərə idarə edir. Qərarı onlar verir, səlahiyyət onlardadır, təlimat onlardan gəlir. Müstəqil kimi görünən ölkələr əslində, işğal altındadır. Yaxın Şərq işğal altındadır. Ölkələr bir-biri ilə vuruşdurulur və parçalanır”.

Publika.az xəbər verir ki, bunu Qətər böhranını şərh edən türkiyəli yazar İbrahim Karagül “Yeni Şəfəq” nəşrində yazıb.

“Dəyişməyən tək cəbhə var: Bütün ölkələrin İraq, Suriya, Liviya və Yəmən kimi bir neçə hissəyə bölünməsi. “Soyuq müharibə”nin bitdiyi gündən indiyə kimi oynanılan teatr budur. Sırada Türkiyə, İran, Səudiyyə Ərəbistanı, Pakistan, İndoneziya və Şimali Afrika var. Qlobal işğalla bağlı hər ölkə üçün bir plan var. Onlara görə, hər ölkə bir gün Suriya, Liviya və İraq kimi bölünəcək, coğrafiya şəhər dövlətlərinə çevriləcək”, - o qeyd edib.

Yazar bildirir ki, ABŞ prezidenti Donald Trampın ilk işi İran-Səudiyyə Ərəbistanı müharibəsi olacaq: “Trampın ilk səfərində təlimatlar verildi. Qətər bir anda “xain” elan edildi. Nəyin baş verdiyini anlamadan İŞİD Tehrana hücum etdi. İŞİD-i kimin idarə etdiyi, terror təşkilatları üzərindən hansı ölkələrin kəşfiyyat əməliyyatları həyata keçirdiyi Tehran hücumu ilə daha dəqiq ortaya çıxıb. Qətər böhranı ilə İrana hücumlar eyni əlin məhsuludur, eyni əməliyyatın hissələridir. Həm sünni ərəb dünyası, həm də şiə İran bir-birinə qarşı təhrik ediləcək və hər cür əməliyyata hazır vəziyyətə gətiriləcək. ABŞ İrana qarşı əməliyyatda ilk gülləni atdı. Səudiyyə Ərəbistanının liderliyi ilə sünni ərəb cəbhəsini İranla müharibəyə razı saldılar. Qətər müharibəyə razı olmadığı üçün bu cəbhədən atıldı. İranla döyüşməyə can atırlar. ABŞ-ın onlara nə vəd etdiyini bilmirəm, amma tam mənası ilə regional bir müharibə olacaq. Qərbin illərdir xəyalını qurduğu sonsuz məzhəb savaşları olacaq. Heç bir dövlət bu qarşıdurmadan kənarda qala bilməyəcək, bölgə bəlkə də yaxın əlli il ayağa qalxa bilməyəcək”.

Yazar qeyd edir ki, əslində ən böyük tələ Səudiyyə Ərəbistanı üçün qurulub: “Burada əsl məqsəd Səudiyyə Ərəbistanını parçalamaq, bir neçə dövlətə bölməkdir. Təbii ki, daha sonra İran və Türkiyə üçün də eyni planlar dövriyyəyə buraxılacaq. Qərb, regional müharibə üçün ilkin hazırlıqlar görür. Bunun sonu Məkkə döyüşlərinə qədər uzana bilər. Suriya savaşı bitdiyi anda dalğalar Bəsrə körfəzinə yönələcək, Körfəz ölkələri çox ciddi bir İran təhdidi ilə üzləşmək məcburiyyətində qalacaqlar. Bəlkə də İran tankları Kəbə qapıları qarşısında dayanacaq. Təcili müdaxilə edilməsə, Səudiyyə Ərəbistanı və Körfəz ölkələrinin də suriyalaşacağını, Türkiyənin də bu böyük fəlakətdən ağır yaralar alacağını düşünürəm. Tanklar Kəbənin qapıları qarşısında dayanmadan edəcəyimiz çox şey var. O tanklar ya İran, ya da Amerika tankları olacaq. Kəbəni vuran raketlər ya İran və Husi, ya da Amerika raketləri olacaq. Əmin olun ki, İran-Səudiyyə savaşı ilə regional qiyamət döyüşünü hazırlayanlar, bunun fitilini Qətər böhranı ilə atəşləyənlər bütün bunlara hazırlıq görüb”.

Ömər Dağlı

loading...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR