Rusiyada "Maydan”: Xalq küçələrə AXIŞDI - VİDEO/FOTOLAR - YENİLƏNDİ
Bizi izləyin

Dünya

Rusiyada "Maydan”: Xalq küçələrə AXIŞDI - VİDEO/FOTOLAR - YENİLƏNDİ

Moskva polisi paytaxtın Tver küçəsində razılaşdırılmayan mitinqdə iştirak edən nümayişçiləri saxlamağa başlayıb. Son məlumatlara görə, mitinqin 100-dən çox iştirakçısı saxlanılıb. Sankt-Peterburqda saxlanılanların sayının isə 150-dən çox olduğu bildirilir.

Daha əvvəl isə müxalifət lideri Aleksey Navalnıy yaşadığı evin blokunda saxlanılıb.

***

Bu gün Rusiyanın böyük şəhərlərində müxalifətin Rusiya Gününə uyğunlaşdırılmış mitinqləri keçirilir.

Publika.az Rusiya KİV-inə istinadən xəbər verir ki, müxalifət siyasətçisi Aleksey Navalnıy mitinqlərin təşəbbüskarıdır.

Mitinqlərin əsas şüarı korrupsiyaya qarşı mübarizədir. Mitinqlər həmçinin, 2018-ci ildə keçiriləcək prezident seçkilərində namizəd kimi qeydiyyata alınmaq üçün Navalnıy tərəfindən aparılan kampaniyanın bir hissəsidir.

Qeyd edək ki, mitinq təşkilatçıları Moskvanın Saxarov prospektində razılaşdırılmış mitinqin keçirilməsindən son anda imtina ediblər. Navalnıy tərəfdarlarını Tver meydanına çıxmağa çağırıb. Onun sözlərinə görə, Saxarov prospektində səs və işıq elementlərini qurmaq qeyri-mümkün olub. Hakimiyyət isə Tverdə mitinqin keçirilməsinin qanuna zidd olduğunu elan edib. Burada Rusiya Günü ilə əlaqədar festivalın keçirilməsi proqnozlaşdırılıb.

Eyni zamanda, müxalifət aksiyaların iştirakçılarının tutulması haqqında xəbərlər verməyə başlayıb. Polis Vladivostokda korrupsiyaya qarşı mitinqdə ən azı 11 nəfəri saxlayıb.

Mitinqlərin ölkənin 170 şəhərində keçirilməsi planlaşdırılıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm