Türkiyəyə qarşı XAİN PLAN: gizli toplantıda nələr razılaşdırıldı?
Bizi izləyin

Dünya

Türkiyəyə qarşı XAİN PLAN: gizli toplantıda nələr razılaşdırıldı?

ABŞ-ın dəstəklədiyi terror təşkilatı PKK/PYD İranın və Əsədin dəstəyi ilə Afrin bölgəsindən Aralıq dənizinə doğru irəliləməyi planlaşdırır.

Publika.az
xəbər ki, “Yeni Şafak” qəzeti Əsəd ordusunun komandirlərindən olan general Suheyl Haydarla İranın xarici əməliyyatlarına rəhbərlik edən, “qəssab” ləqəbi verilmiş Qasım Süleymanın Afrinin cənubundakı Nubbul ərazisində gizli toplantı keçirdiyini yazıb.

Toplantıda PKK/PYD terror təşkilatı ilə “Təcili qrup” olaraq tanınan Mukaveme Suri adlı terror təşkilatının təmsilçiləri də iştirak edib.

“Gizli toplantıda PYD-nin Afrindən Aralıq dənizinə çıxa bilməsi üçün 150 kilometrlik yolda necə hərəkət etməsi müzakirə olunub. Qasım Süleymani və Əsədin nümayəndəsi Türkiyənin cənub sərhədi boyunca yerləşən terror təşkilatına hər cür dəstək verə biləcəklərindən danışıblar. Əldə olunan razılığa görə, PYD-nin Aralıq dənizi istiqamətində hərəkət etmə planına Əsəd ordusu qurudan və havadan dəstək verəcək”, - deyə qəzet yazıb.

Məlumata görə, Əsəd və İran Aralıq dənizinə çıxmaq üçün müxaliflərin əlindəki İdlibə hücum etməyi planlaşdıran PKK/PYD-nin dənizə çıxmaq planının ən gec 9 ay içində həyata keçirə biləcəyini düşünür.

Plana görə, Aralıq dənizi dəhlizi Afrindən başlayaraq bu istiqamətlərə doğru irəliləyəcək: Dar et İzze, Atme, Sarmada, bab el Hava, Harim, Salkin, Derkuş, Yakubiye, Cenudi, Hırbit elı Cuz, Cisr eş Şugur, Aynel Beyda, Cebel Ekrad, Han el Cuz, Türkman Dağlı və Kasab. Görüşdə Türkiyənin cənub sərhədlərinin tamamilə PYD və Əsədin nəzarətinə keçməsi də müzakirə edilib. Bununla yanaşı, Yarubiye sərhəd-keçid məntəqəsindən Kasap-Aralıq xəttinə qədər olan 911 kilometrlik ərazidə müxalifətin məhv edilməsi, beləliklə, Türkiyənin Suriya ilə bütün dağlantılarının sıradan çıxarılması məsələsi də müzakirə olunub.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm