• USD 1,7000 0,00% EUR 1,9164 0,00%
    • GBP 2,1547 0,00% RUB 0,0263 0,00%

ABŞ-ın keçmiş baş prokuroru Qətəri müdafiə edəcək

ABŞ-ın keçmiş baş prokuroru Qətəri müdafiə edəcək

Qətər hakimiyyəti ABŞ-ın keçmiş baş prokuroru Con Eşkrofta aid olan hüquq şirkətinə 2,5 milyon dollar ödəyib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, bu haqda “NBC News” telekanalı bildirib.

Hüquq şirkəti Qətəri terrorizm ittihamlarından müdafiə edəcək. Telekanal iddia edir ki, Eşkroft bu işdə şəxsən iştirak edəcək. O, kiçik Corc Buşun prezidentliyi dövründə ABŞ-ın baş prokuroru olub.

Xatırladaq ki, iyunun 5-də Səudiyyə Ərəbistanı, Misir, Bəhreyn və BƏƏ Qətərlə diplomatik əlaqələri kəsdiklərini bəyan etdi. Onlar qərarlarını Qətərin apardığı siyasətin bölgədə təhlükəsizliyə mənfi təsiri, terrorizmə dəstək və İrana yaxın qruplaşmalara maddi yardım göstərməsi ilə əsaslandırıblar. Ardınca Liviya, Yəmən, Maldiv adaları, Mavrikiy və Mavritaniya Qətərlə diplomatik əlaqələrin dayandırıldığını açıqlayıb. Ölkələr həmçinin hava məkanlarını Qətər üçün bağlı elan ediblər.

Ömər Dağlı

loading...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR