“Mümkün münaqişə halında...” - Moskva bir günlük MÜHARİBƏ SSENARİSİNİ XATIRLATDI
Bizi izləyin

Dünya

“Mümkün münaqişə halında...” - Moskva bir günlük MÜHARİBƏ SSENARİSİNİ XATIRLATDI

Rusiya öz sərhədlərinə yaxın NATO hərbi kontingentinin gücləndirilməsini sakit qarşılamayacaq və lazımı ölçü götürəcək.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bunu Polşa prezidenti Ancey Dudanın bəyanatını şərh edən Rusiya Dövlət Dumasının müdafiə komitəsinin sədr müavini Yuri Şvıtkin deyib.

“Biz dəfələrlə bildirmişik ki, NATO bloku tərəfindən müdafiə bəhanəsi ilə Rusiya sərhədlərinə yaxın ərazilərdə hərbi kontingentin gücləndirilməsi planlarını sakit qarşılamayacağıq. Əlbəttə ki, cavab ölçüləri götürüləcək", - Şvıtkin bildirib.

Parlament üzvü təəssüfünü ifadə etdi ki, Polşa lideri öz ölkəsini mümkün münaqişə halında hədəfə çevirəcək bəyanatlar verir.

Ancey Dudanın sözlərinə görə, ABŞ prezidenti Donald Trampın iyulun 6-da Polşaya səfəri zamanı ölkəsində Amerika hərbiçilərin sayının artırılması məsələsini müzakirə etməyə hazırlaşır.

Daha əvvəl “Atlantic Council” Amerika analitik mərkəzinin ekspertləri belə qənaətə gəliblər ki, Rusiya Polşanı bir gecə ərzində tuta bilər.

“Moskva hətta hazırda NATO ilə birbaşa toqquşmada maraqlı olmasa belə, hər şey bir gecə ərzində dəyişə və qısa müddətə reallaşdırıla bilər. Xüsusən, müvafiq planlar və bunun üçün lazım olan resurslar çoxdan hazırlanıb”, - 2016-cı ildə hazırlanan sənəddə deyilirdi.

Tədqiqatın müəllifləri qeyd edirlər ki, Krımın zəbt edilməsi ilə Rusiya prezidenti Vladimir Putin hamını necə fakt qarşısında qoya biləcəyini əyani şəkildə sübut etdi. Analitik hesabatda etiraf edilir ki, Rusiyanın müdaxiləsinin dəqiq vaxtını qabaqcadan xəbər verə bilmirlər. Amma əmin edirlər ki, bu, mütləq baş verəcək. Bundan başqa sənəddə bildirilir ki, Rusiya nadir hallarda öz həqiqi niyyətlərini gizlədir.

“Atlantic Council” NATO-nu bütün ssenarilərə hazır olmağa və maksimum, həm də münasib hədəflərə sərt cavab zərbəsi vurmağa çağırıb. Ekspertlərin fikrincə, Moskva metrosu, Sankt-Peterburq elektrik şəbəkəsi və Rusiyanın RT dövlət telekanalı hədəflərin siyahısına daxil olmalıdır.

Mərkəzin analitiklərinin fikrincə, Polşa Rusiyaya anlamağa imkan verməlidir ki, hərbi əməliyyatlar başlanacağı halda xüsusi təyinatlı bölmələri Kalininqrad vilayətinə göndərəcək və raket batareyaları kimi strateji əhəmiyyətli hədəfləri məhv edəcək.

“NATO gücləri Polşada işğalçıları saxlamalı və onlara maksimal ziyan vurmalı olacaqlar. NATO gücləri Polşada əlavə qüvvələrinin gəlməsi üçün vaxt udmaq məqsədilə polyaklarla bərabər səviyyədə vuruşmalı olacaqlar. Hərbi ittifaqın regiondakı kontingenti açıq-aydın kifayət etmir”, - hesabatda qeyd olunub.

Hərbi strateqlər proqnozlaşdırırlar ki, ruslar Polşanı tutmaq üçün Latviya və Litvanın arasından keçməli olacaq.

Almaniyanın “Die Welt” nəşri bu yaxınlarda Baltikyanı regionda Rusiya və NATO-nun mümkün hərbi qarşıdurmasında ittifaqın şanslarını qiymətləndirib. Nəşr Şimali Atlantika İttifaqının praktik olaraq şanslarının olmayacağını yazıb.

Nəşr qeyd edir ki, ilk növbədə Rusiya qoşunlarının say üstünlüyü məğlubiyyəti qaçılmaz edir.Bundan başqa, ittifaqda “Axilles dabanı” var: Polşa və Litva arasında təxminən 100 kilometr uzunluğu olan “Suvalkovski dəhlizi”. Dəhliz Rusiyanın Kalininqrad vilayəti və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü olan Belarus ilə həmsərhəddir.

RAND analitik mərkəzin proqnozlarına əsasən, hipotetik münaqişə olacağı halda Rusiya dəhlizi kəsə, texnika və təchizatı nəql etmək imkanından NATO-nu məhrum edə bilər.

“NATO-nun piyada qoşunları geri çəkilə bilməyəcək və məğlubiyyətə uğrayacaqlar”, - ekspertlər qeyd edirlər.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm