Dünya
“7 rayon Azərbaycana qaytarılmalıdır” - ABŞ səfiri
ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlikin
Karneqi Mərkəzində verdiyi bəyanat çox önəmlidir. Trend-in
məlumatına görə, bunu ABŞ-ın Azərbaycandakı səfiri Riçard
Morninqstar jurnalistlərə açıqlamasında bildirib.
Diplomat deyib: "Hesab edirəm ki, bəyanatda səsləndirilən fikirlər
ABŞ hökumətinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı siyasətini çox
doğru şəkildə əks etdirir. Bəyanatın əsas məqsədi həm Azərbaycan,
həm Ermənistan tərəfini münaqişənin birdəfəlik dinc yolla həll
edilməsi üçün zəruri addımlar atmağa çağırmaq,
həvəsləndirməkdir".
Səfir bildirib ki, burada münaqişənin nizamlanmasına nail olmaq üçün gərəkli olan 6 prinsip öz əksini tapıb: "Səfir Ceyms Uorlik çox aydın şəkildə bəyan edib ki, Dağlıq Qarabağ ətrafında işğal altında olan 7 rayon Azərbaycana qaytarılmalıdır".
Onun sözlərinə görə, həmsədr ərazi bütövlüyü, xalqların öz
müqəddəratını təyin etməsi və güc tətbiq etməmə prinsipləri
əsasında Dağlıq Qarabağın yekun statusunun müəyyən olunmasının
vacibliyini vurğulayıb.
R.Morninqstar qeyd edib ki, danışıqların artıq 20 ilə qədər davam
etməsi məyusedicidir: "Ümidvarıq ki, hər ki tərəfdən müsbət
addımların şahidi olacağıq".
Qeyd edək ki, ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms
Uorlik Vaşinqtonda Karneqi Mərkəzində "Dağlıq Qarabağ: həll
yolları" adlı məruzə ilə çıxış edərkən qeyd edib ki, istənilən sülh
sazişinin əsasında aşağıdakı altı element durmalıdır:
1. Dağlıq Qarabağın aralıq statusu müvəqqəti xarakter daşımalıdır.
Tərəflər gələcəkdə uyğunlaşdırılmış və öz iradəsini hüquqi baxımdan
ifadə etmək vasitəsi ilə bölgənin yekun hüquqi statusunu müəyyən
etməkdə tam qətiyyətli olmalıdırlar.
2. Bakı tərəfindən hazırda nəzarət edilməyən keçmiş Dağlıq Qarabağ
muxtar vilayətinin sərhədləri çərçivəsində ərazilərə ən azı
təhlükəsizliyi və özünü idarəetməni təmin edən aralıq statusu
verilməlidir.
3. Dağlıq Qarabağ ətrafında işğal olunmuş ərazilər Azərbaycanın
yurisdiksiyasına qayıtmalıdır və bu rayonlar üzərində Azərbaycanın
müstəqilliyi bərpa olunmalıdır. Bu ərazidə Azərbaycanın
suverenliyini pozan heç bir yaşayış məntəqəsi olmamalıdır.
4. Ermənistanı Dağlıq Qarabağla birləşdirən dəhlizi saxlamaq
lazımdır. O, təhlükəsiz keçidi təmin etmək üçün kifayət qədər geniş
olmalıdır, lakin bütün Laçın rayonunu əhatə etməməlidir.
5. Uzunmüddətli sülh müqaviləsi bütün qaçqınlar və məcburi
köçkünlərin əvvəlki yaşayış yerlərinə qayıtmaq hüququnu etiraf
etməlidir.
6. Sülh sazişi beynəlxalq təhlükəsizlik zəmanətini təmin etməlidir,
o cümlədən sülhməramlı fəaliyyət daxil olmaqla mənsub olduğu bütün
tərəflər arasında etimad olmalıdır.
-
Kriminal18:21
Şəkidə DƏHŞƏT: 59 yaşlı kişi iki nəfəri...
-
Sosial17:45
Restoranlarda "servis haqqı" fırıldağı: bu halda... - VİDEO
-
Sosial17:27
İsa Qəmbər yenidən başqan seçildi
-
Dünya17:00
Zelenski axtarışa verildi
-
Sosial16:35
Nazir rəisi işdən azad etdi
-
Sosial16:15
Bu o demək deyil ki, yaxşı işləri dəyərləndirməməliyik - İsa Qəmbər
-
Maraq dünyası15:10
"Ferrari" ən güclü avtomobilini təqdim etdi - ŞOK QİYMƏT
-
Rəsmi xronika14:14
İlham Əliyev qanun imzaladı