Melaniya nəhayət, Ağ Evə köçdü
Bizi izləyin

Dünya

Melaniya nəhayət, Ağ Evə köçdü

ABŞ prezidenti Donald Trampın xanımı Melaniya Tramp təxminən 5 ay sonra Ağ Evə köçüb.
Publika.az
xəbər verir ki, Melaniya Tramp prezident seçkilərindən sonra həyat yoldaşı ilə Ağ Evə köçməyən ilk qadın olaraq tarixə düşüb. 11 yaşlı oğlu Barronun məktəbi ilə əlaqədar olaraq Nyu-Yorkdakı "Tramp Tower" otelində qalan Melaniya nəhayət ki, Ağ Evə köçüb.

Trampın Ağ Evdə tək yaşaması media tərəfindən geniş müzakirələrə səbəb olmuşdu.

"Yeni evimizdə keçirəcəyimiz günlər üçün çox həyəcanlıyam", - deyən Melaniya Tramp sosial hesabından "Ağ Evdə"ki Qırmızı Otağının pəncərəsindən görünən Vaşinqton Abidəsinin fotosunu bölüşüb.

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm