Seulda universitetdə partlayış - Professor yaralandı
Bizi izləyin

Dünya

Seulda universitetdə partlayış - Professor yaralandı

Hadisənin səbəbləri araşdırılır.

Cənubi Koreyanın paytaxtında “Yonsey” universitetində partlayış baş verib.

Publika.az xəbər verir ki, hadisə nəticəsində təhsil ocağının professoru yaralanıb. Polis insidentin terror aktı olduğunu istisna etmir.

İlkin məlumata görə, professor bağlamanı açarkən partlayış baş verib. Müxtəlif dərəcəli yanıq xəsarətləri alan universitet əməkdaşı xəstəxanaya yerləşdirilib. Onun həyatına təhlükə olmadığı bildirilir.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib. Hadisənin səbəbləri araşdırılır. (apa)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm