FETÖ-nün 30 illik EVLİLİK KATALOQU üzə çıxdı - ŞOK
Bizi izləyin

Dünya

FETÖ-nün 30 illik EVLİLİK KATALOQU üzə çıxdı - ŞOK

İlk dəfə ortaya çıxan sənədlərdə bir-birilə evləndirilən insanların fotoşəkilləri yer alır.

Anadolu Prokurorluğunun apardığı araşdırmalarda FETÖ qruplaşması üzvlərinin təşkilat içi izdivac qurduğuna dair məlumatlar ələ keçirilib.

Publika.az xəbər veri ki, araşdırma zamanı ortaya çıxan kataloqun 30 il əvvəl planlı şəkildə hazırlanığı bildirilib. İlk dəfə ortaya çıxan sənədlərdə bir-birilə evləndirilən insanların fotoşəkilləri yer alır.

FETÖ-çülərin kənar şəxslərlə izdivaca girməsi riskli olduğu üçün belə bir tərtibat hazırlanıb.

Arxiv sənədlərinin içərisində 1987-ci ildən bu yana FETÖ-çü üzvlər haqqqında gizli məlumatlar yer alır. Sənədlərdə FETÖ qruplaşmasının qadın və kişi üzvlərinin, eləcə də onlar üçün seçilən namizədlərin ümumi xüsusiyyətləri, bəyəndiyi rənglər, gizli ləqəbləri, zövqləri, sevdiyi yeməklər, dinlədikləri musiqilər və s. haqqında qeydlər yer alıb.

Prokurorluğun apardığı araşdırma nəticəsində kataloqda təsbit edilən adların nigah dairəsinin arxivində toy və nişan fotoşəkillərinin olduğu da məlum olub.

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm