Türkiyədə terrora qarşı əməliyyat: 1 ölü
Bizi izləyin

Dünya

Türkiyədə terrora qarşı əməliyyat: 1 ölü

Türkiyənin Kadıköy bölgəsində Terrorla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən bir sıra əməliyyatlar aparılıb.

Publika.az xəbər verir ki, polislər terrola bağlı bölməyə daxil olan şübhəli informasiyanı dəqiqləşdirmək üçün ərazidəki binalardan birində əməliyyat keçirib. Əməliyyat zamanı polislə şübhəli şəxslər arasında toqquşma baş verib.

Toqquşma nəticəsində terror təşkilatının üzvü olduğu iddia edilən 1 nəfər ölüb. Digərləri isə hadisə yerindən qaçıb.

Hadisə yerinə çoxlu sayda polis əməkdaşları cəlb edilib. Polislər binanın yerləşdiyi küçədə giriş-çıxışları bağlayıb.

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm