Putinlə müsahibəsinin məqsədini açıqladı: "Düşüncə tərzini öyrənmək istədim"
Bizi izləyin

Dünya

Putinlə müsahibəsinin məqsədini açıqladı: "Düşüncə tərzini öyrənmək istədim"

Sənədli film 12-15 iyun tarixlərində "Showtime" kanalında yayımlanacaq.

Ötən günlərdə amerikalı rejissor Oliver Stounun Rusiya Federasiyasının prezidenti Vladimir Putin haqqında yeni sənədli film üzərində çalışmasına dair müxtəlif informasiyalar yayılmışdı.

Publika.az xəbər verir ki, xarici mətbuata açıqlama verən rejisor prezidentlə müsahibəsinin əsas səbəbini açıqlayaraq yayılan söz-söhbətlərə aydınlıq gətirib.

Oliver Stoun deyib ki, məqsədi sadəcə nəhəng dövlətin liderinin düşünmə tərzini öyrənmək olub:

"Əslində belə mövzularda sərt və şəxsi suallar vermək uğurlu addım deyil. Mən belə düşünürəm ki, fəaliyyətlərim əsasında Putinlə müsahibəyə izn ala bilmişəm. Mənim Con Kennedi və "Birləşmiş Ştatların danışılmayan tarixi" haqqında silsilə sənədli filmlərim var. Onu deyə bilərəm ki, suallarla bağlı heç bir qadağa yox idi. Hazırladığım sualları əvvəlcədən göstərməyim kifayət etdi".

Stounun 4 hissədən ibarət olan "Putinlə müsahibə" adlı sənədli filminin çəkilişləri zamanı prezident Putin ilk dəfə öz nəvələrindən danışmışdı.

Sənədli film 12-15 iyun tarixlərində "Showtime" kanalında yayımlanacaq.

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm