Əsgər anası İrəvanda hökumət binası önündə aclıq aksiyasına başladı: “Oğlum Qarabağda...”
Bizi izləyin

Dünya

Əsgər anası İrəvanda hökumət binası önündə aclıq aksiyasına başladı: “Oğlum Qarabağda...”

Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ ərazisində hərbi xidmət zamanı sağlamlığını itirmiş erməni əsgər Artur Asanyanın anası Əsli Asanyan və onun həddi-buluğa çatmamış qızı Ermənistanda hökumət binasının önündə aclıq aksiyasına başlayıb.

Publika.az
xəbər verir ki, erməni əsgərin anası Müdafiə Nazirliyindən oğlunun müalicəsi üçün pul ödəməyi tələb edir. Artur Asanyan 23 ay sonra hərbi xidmətdən yararsız olaraq tərxis edilib.

Onun anası deyir ki, Müdafiə Nazirliyinə gedərək, oğlunun müalicə etdirilməsi üçün xahiş edib. Nazirlikdə bir general ona deyib ki, “sizin oğlunuz Qırmızı Xaçın xəstəxanasında yatır, yaşayacaq, lakin nə qədər yaşayacağını bilmirik”.

“Mən orduya sağlam övladımı verdim, onu xəstələndirdilər. Mənə oğlumu qaytarın”, - deyən Əsli Asanyan tələb edir.

Polislər qadına hökumət binasının önündə oturmamağa göstəriş veriblər. Qadın isə heç yerə getməyəcəyini bildirib: “Mən üç ay əvvəl hökumətə yazdım, cavab vermədilər. Nə qədər ki, mənim oğlumu sağaltmayacaqlar, heç bir yerə getməyəcək”.

Asanyan ailəsi Gümrüdə yaşayır, o, paytaxta gəlmək üçün borc alıb. Ə.Asanyan deyir ki, onun kiçik oğlu qardaşının başına gətirilən oyunlardan sonra orduya getmək istəmir.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm