Bəşər Əsədin qohumu Almaniyadan sığınacaq istədi
Bizi izləyin

Dünya

Bəşər Əsədin qohumu Almaniyadan sığınacaq istədi

Qadın hazırda Varendorf rayonunda müvəqqəti sığınacaqda yaşayır.

Suriya prezidenti Bəşər Əsədin əmisi oğlunun dul qadını Almaniyada qaçqın statusunun alınması üçün müraciət edib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, Suriya ilə yanaşı, Livan pasportuna da malik olan qadının müraciəti rədd edilib.

O, yerli hakimiyyətin bu qərarına etiraz olaraq apellyasiya şikayəti verib. Qadın hazırda Şimali Reyn-Vestfaliya ərazisində Varendorf rayonunda müvəqqəti sığınacaqda yaşayır.

Qeyd edək ki, Suriya prezidenti ötən həftə WION telekanalına verdiyi müsahibəsində Suriya münaqişəsində ən pis günlərin artıq arxada qaldığını bildirib. Onun sözlərinə görə, ölkədə vəziyyət gözəçarpacaq dərəcədə yaxşılaşıb.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm