Almaniyada ATIŞMA: 5 nəfər yaralanıb
Bizi izləyin

Dünya

Almaniyada ATIŞMA: 5 nəfər yaralanıb

Hadisə sənədlərin yoxlanılması zamanı baş verib.

Almaniyanın Münhen şəhərində “Untenforinq” dəmir yolu stansiyasında atışma baş verib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, hadisə sənədlərin yoxlanılması zamanı baş verib.

Cinayətkar qadın polisin əlindəki silahı alaraq nizamsız şəkildə atəş açmağa başlayıb. Polis ağır yaralanıb. Yaxınlıqda olan daha 4 nəfərin yaralandığı bildirilir.

Münhen şəhərinin polis idarəsindən cinayətkarın saxlanıldığı bildirilir. Hadisənin səbəbləri aydınlaşdırılır.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm