Məscid tikərkən tarix tapdılar - - FOTO
Bizi izləyin

Dünya

Məscid tikərkən tarix tapdılar - - FOTO

Türkiyənin Hatay vilayətindəməscid tikintisi zamanı ortaya çıxanlar insanlara şoka salıb.

Publika.az xəbər verir ki, Hatay vilayətinin Arsuz bölgəsində məscid inşasının qazıntıları zamanı yeraltı otaqlar və çoxsayda küplər aşkarlanıb.

Verilən məlumata görə, məscidin bu ərazidə tikilməsi müvəqqəti olaraq dayandırılıb.

Hadisə yerinə gələn polis əməkdaşları ərazinin ətrafını mühasirəyə alıb.

Hatay Arxeologiya Muzeyinin rəsmiləri arxeoloji araşdırmalar aparılmadan aşkarlanan küplər haqqında heç bir məlumat verə bilməyəcəklərini bildiriblər.

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm