Neftin bölüşdürüldüyü TOPLANTI: Rusiyanın planına SON QOYDULAR
Bizi izləyin

Dünya

Neftin bölüşdürüldüyü TOPLANTI: Rusiyanın planına SON QOYDULAR

Yeni kəmərlər çəkiləcək.

Suriyanın Haseke vilayətinin Qamışlı mahalında ABŞ və Səudiyyə Ərəbistanı kəşfiyyatının lideriliyi ilə iyunun 10-da toplantı keçirilib.

Publika.az xəbər verir ki, bu haqda Türkiyənin “Yeni Şəfəq” qəzeti yazıb.

Xəbərə görə, toplantıya qatılanlar Suriyanın neft ehtiyatlarının bölüşdürülməsi ətrafında müzakirələr aparıblar. İŞİD əleyhinə koalisiya qüvvələrinin sözçüsü, amerikalı polkovnik Jon Dorrianla yanaşı, Türkiyə Silahlı Qüvvələrinin İraqda həyata keçirdiyi əməliyyatından sonra terror təşkilatına dəstək üçün Sincar-Karaçok bölgəsinə səfər edən amerikalı zabitlərdən biri, həmçinin ABŞ və İngiltərədən olan enerji mütəxəssisləri toplantıya qatılıb. Misir, Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanından nümayəndələrin də olduğu toplantıda Suriyanın bəzi tayfaların liderləri və PKK/PYD terror təşkilatının yüksək vəzifəli şəxsləri iştirak edib.

Suriya neftinin gələcəyi haqqında ortaq strategiyanın müəyyən edilməsi məqsədi ilə toplanan heyət ölkənin neft və təbii qaz ehtiyatlarının 95 faizinə sahib Haseke, Rakka və Deyr-ez-Zor bölgələrinin gələcəyi, yeraltı sərvətlərinin çıxarılması və satışı mövzusunda radikal qərarlar qəbul ediblər. Müzakirələrin gedişatında neftin Avropaya çatdırılması üçün Xüms çölü üzərindən İordaniya və İsrailə boru xəttinin çəkilməsi razılaşdırılıb. Amerikalı səlahiyyətlilər yeni xətlə tərəflərin Suriya neftindən lazımı pay alacaqlarını, İran və Rusiyanın Suriya neft ilə bağlı planlarının bununla da pozulacağını söyləyiblər.

Toplantı iştirakçıları İŞİD-in məhvindən sonra birgə hərəkət etmək barədə qərara gəliblər.

Qeyd edək ki, Rusiyanın Suriyada hərbi və siyasi fəaliyyətinin arxasında iqtisadi maraqlarının dayandığına şübhə edilmir. Suriyada həyata keçirdiyi hərbi əməliyyatlardan başqa, Rusiyanın neft və qaz sektorundakı fəaliyyəti də heç diqqətdən kənarda qalmır.

Rusiyanın milyarderlərindən Gennadi Timçenkoya aid olan "Soyuzneftoqaz" şirkəti Suriyadakı yanacaq və digər enerji mənbələrinin aşkarlanması və emallı işlərini icra edən şirkətlərdən biridir. “Soyuzneftoqaz" 2004-cü ildə Deyr-ez-Zor və Palmira bölgələrini də əhatə edən 12 və 14-cü blok olaraq adlandırılan bölgədə qaz və neft axtarmaq üçün Suriya enerji bazarına ilk addımını atmışdı. Daha sonra 2005-ci ildə Suriyada “Devon Energy Ltd” ilə birlikdə şimal və şərq blokları da daxil olmaqla 26 layihədə iş həcminin 50 faizini almışdı.

Bundan başqa, Rakka və ətraf bölgələrdə fəaliyyət göstərəcək olan bir enerji layihəsinin də ilk mərhələsi 2014-cü ilin noyabr ayında “Soyuzneftogaz” nümayəndəsi tərəfindən tanıdılmışdı. Xatırladaq ki, “Soyuzneftqaz” keçmiş Sovet respublikaları, Yaxın Şərq və Şimali Afrika ölkələri ilə iqtisadi əməkdaşlığı inkişaf etdirmək məqsədi ilə 2000-ci ildə yaradılmışdır. Şirkətin rəhbəri Rusiyanın enerji naziri Yuri Şafarnikdir.

Bütün bu məlumatları nəzərə alsaq, Rusiyanın Əsəd rejiminə verdiyi dəstəyin də səbəbini bir növ anlamaq o qədər də çətin olmur. Göründüyü kimi, Rusiya, Suriyada yeni bir aktyor deyil, Suriya dövlətinin idarə və iqtisadiyyatında xüsusilə də enerji sahəsində uzun zamandır təsirli bir rola sahib olan dövlətdir.

“RİA-Novosti” agentliyinin cari ilin aprel ayında verdiyi xəbərə görə, Suriya hökuməti neft və təbii qaz sektorunda Rus şirkətləri ilə müqavilə imzalamaq ərəfəsindədir. Agentliyin məlumatında müqavilə haqqında Suriya prezidenti Bəşər Əsədin açıqlamasına istinad olunurdu. Xəbərdə məsələnin təfərrüatları haqqında başqa məlumat verilməyib.

Suriyadakı müharibənin kökündə məhz neft-qaz kəmərləri və enerji ehtiyatları ilə bağlı maraqların dayandığına dair iddialar ilə yeni deyil. Hələ 2013-cü ildə “El Confidencial” nəşrinə danışan Yaxın Şərq Beynəlxalq Karneqi Mərkəzinin təmsilçisi Usama Monahid bildirib ki, Suriya neft-qaz ölkələri arasında əslində, 4-cü yeri tutur. Belə ki, norveçli mütəxəssislər onun ərazisində dünyanın ən böyük qaz yatağını kəşf ediblər.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm