Nüvə bombardmançıları Rusiya sərhədlərinə gedir: ABŞ-dan Moskvaya ƏZƏLƏ NÜMAYİŞİ
Bizi izləyin

Dünya

Nüvə bombardmançıları Rusiya sərhədlərinə gedir: ABŞ-dan Moskvaya ƏZƏLƏ NÜMAYİŞİ

ABŞ Böyük Britaniyada üç tipli 8 strateji bombardmançı yerləşdirib.

ABŞ Böyük Britaniyada üç tipli 8 strateji bombardmançı yerləşdirib.

Publika.az xəbər verir ki, bu haqda “The Times” nəşri bildirib.

Nəşr qeyd edir ki, ABŞ bu addımla potensialı haqqında Rusiyaya xatırladıb.

ABŞ tarixdə ilk dəfə Böyük Britaniyada strateji bombardmançıların bütöv qrupunu yerləşdirib. Bu, Rusiya ilə artan gərginlik fonunda baş verir. Söhbət iki “B-2” gözəgörünməz bombardmançı, üç B-52H (“Stratosfer qalası”) və üç B-1 “Lanser” bombardmançılarından gedir. Strateji bombardmançıların hamısı nüvə yükünü daşıya bilir. Nəşrin yazdığına görəı, ancaq Avropaya gələn bombardmançılardan heç biri nüvə yükü ilə təchiz olunmayıb.

“Pentaqon heasab edir ki, ABŞ-ın imkanları haqqında Moskvaya xatırlatmaq lazımdır. Halbuki Rusiya daha təcavüzkar hərbi mövqe tutur, ABŞ, Böyük Britaniya və NATO-nun başqa üzvlərinin hava məkanlarının sərhədlərinə strateji bombardmançıları daim göndərir”, - “The Times” yazıb.

ABŞ bombardmançılarının yerləşdirildiyi Britaniyanın Ferford təyyarə bazası Avropa əməliyyatlarının keçirilməsi üçün ABŞ-ın ehtiyat bazasıdır. Bazaya gətirilən strateji bombardmançılar “soyuq müharibə”dən sonra döyüş əməliyyatlarında, həmçinin İraq və Əfqanıstan müharibələrində iştirak edib.

Gözlənildiyi kimi, 8 strateji bombardmançı və tanker təyyarələrin böyük kontingenti yaxın vaxtlarda Baltikya ölkələrdə keçirilən hərbi təlimlərə qatılacaq,

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm