ABŞ-da təyyarə qəzası - Ata və oğul öldü
Bizi izləyin

Dünya

ABŞ-da təyyarə qəzası - Ata və oğul öldü

Qəzanın səbəbi hələlik müəyyən edilməyib.

ABŞ-da ikimühərrikli “Beechcraft King” təyyarəsinin qəzaya uğraması nəticəsində ata və 13 yaşlı oğulu dünyasını dəyişib.

Publika.az xəbər verir ki, bu barədə Nyu-Meksiko ştatının Polis İdarəsinin təmsilçisi Karl Kristiansen bildirib.

O söyləyib ki, hadisə bu ştatın cənubunda baş verib: "Hadisə qurubanlarının meyiti tanınıb. Onlar 39 yaşlı Castin Kinq və onun oğludur”.

Məlumata görə, təyyarə yanıb. Qəzanın səbəbi hələlik müəyyən edilməyib. (report)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm