İranlı qardaşlar Ermənistanada qəzaya düşdü
Bizi izləyin

Dünya

İranlı qardaşlar Ermənistanada qəzaya düşdü

Ermənistanın Ararat vilayətində İran vətəndaşının idarə etdiyi “Mercedes Square” markalı yük maşının qəzaya uğraması nəticəsində iki iranlı yaralanıb.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, hadisə Yerevan-Meğri avtomobil yolunun 79-cu kilometrliyində baş verib.

Belə ki, 37 yaşlı İran vətəndaşı Qulamrəsul Məhəmmədnur-Baraquinin idarəetməni itirməsi nəticəsində avtomobil yoldan çıxaraq aşıb. Sürücü ilə yanaşı, 41 yaşlı İran vətəndaşı Alim Məhəmmdənur Baraqui xəsarət alıb.

Maşında 10 ton qoyun əti olub. Hadisə Baraqui qardaşlarının Ermənistanın Masis rayonundakı “Voskekat” müəssisəsindən əti İrana apararkən qeydə alınıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm