“Ermənistan Rusiya imperiyasının bir hissəsidir” – İrəvandan SOS
Bizi izləyin

Dünya

“Ermənistan Rusiya imperiyasının bir hissəsidir” – İrəvandan SOS

“Rusiya sərhədçiləri tərəfindən Ermənistanın dövlət sərhədinin mühafizəsinin tarixi 150 ildən çoxdur”.

Publika.az xəbər verir ki, bu haqda Rusiya Federal Təhlükəsizlik Xidmətinin sərhəd idarəsinin mətbuat xidmətinin məlumatında deyilir.

Türkiyə (280 kilometr) və İranla (42 kilometr) Ermənistanın dövlət sərhədinin mühafizəsi sistemi SSRİ vaxtlarından qalıb. Rus sərhədçilərinin Türkiyə və İran sərhədində xidməti 1992-ci ildə Rusiyanın sərhəd qoşunlarının statusu haqqında dövlətlərarası müqavilə ilə tənzimlənir. Ermənistanda Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin sərhəd idarəsinin 4 sərhəd dəstəsi - Gümrü, Armavir, Artaşat və Mehri, həmçinin “Zvartnos” İrəvan beynəlxalq aeroportunda ayrı nəzarət buraxılış məntəqəsi fəaliyyə göstərir.

Ermənistanda Rusiya sərhədçilərinin (təxminən 4,5 min) saxlanılması bərabər şəkildə iki dövlətin hökumətləri tərəfindən təmin olunur. Eyni zamanda Müdafiə Nazirliyinin qoşunları Azərbaycanla sərhədi, Ermənistan Milli Təhlükəsizlik Xidmətinin sərhəd qoşunları isə Gürcüstanla sərhədi mühafizə edir.

Erməni siyasi şərhçi Naira Ayrumyan qeyd edir ki, Ermənistan hələ şəxsi sərhədlərinin mühafizəsini öz üzərinə götürmək niyyətində deyil və əvvəlki kimi “Rusiya imperiyası”na aid xüsusi xidmət orqanları onları qoruyur.

“Rusiyanın Federal Təhlükəsizlik Xidməti xüsusi olaraq vurğulayır ki, Ermənistan Rusiya imperiyasının hissəsidir. Və Ermənistan buna etiraz etməyə çalışmır”, - şərhçi “Lragir” nəşrində yazıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm