Putin: “Adaşım, pul haradadır?”
Bizi izləyin

Dünya

Putin: “Adaşım, pul haradadır?”

Rusiya prezidenti Vladimir Putinlə keçirilən “Birbaşa xətt”in gedişatında Stavropol diyarının sakinləri dövlət başçısına şikayət ediblər.

Publika.az Rusiya KİV-inə istinadən xəbər verir ki, bu il güclü daşqından zərər çəkən vətəndaşlar dövlətin evləri təmir etmək üçün yardım etmədiyini bildiriblər.

Vladimir Putin isə üzünü Stavropolun qubernatoruna tutub: “Stavropol sakinlərinə dəstək üçün pul köçürülüb. Pul haradadır?Bütün zərərçəkənlərə 10 min, əmlakına qismən zərər dəyənlərə 50 min, əmlakına tamamilə zərər dəyənlərə isə 100 min ödənilməlidir. Ümid edirəm, hakimiyyət bu məsələni anlayacaq. Regionun başçısı, mənim adaşım Vladimir Vladimiroviç isə bu gün zərər çəkmiş ailələrlə görüşəcək”.

Daha əvvəl Stavropol diyarının qubernatorunun mətbuat xidməti bildirib ki, qubernator Vladimir Vladimirov ölkə hökumətinin növbədənkənar iclasında təxminən 12 min insanın maddi kömək və kompensasiya aldığını açıqlayıb.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm