Londonda yanan bina ilə bağlı SON XƏBƏR: 41 nəfər itkin düşüb
Bizi izləyin

Dünya

Londonda yanan bina ilə bağlı SON XƏBƏR: 41 nəfər itkin düşüb

Meyitlərin axtarışına xeyli vaxt sərf ediləcək.

Londonda iyunun 13-dən 14-nə keçən gecə hündür mərtəbəli yaşayış binasında baş vermiş yanğın nəticəsində 41 nəfər itkin düşüb.

Publika.az xəbər verir ki, məhkəmə-tibbi ekspertiza orqanının məlumatına əsasən, ölən şəxslərin kimliyinin müəyyənləşdirilməsi prosesi yanmış meyitlərin qalıqlarının vəziyyətindən asılı olaraq bir neçə həftə və ya ayadək uzana bilər.

Bundan başqa, meyitlərin axtarışına da xeyli vaxt sərf ediləcək.

Xatırladaq ki, Londonun qərbindəki 24 mərtəbəli binada baş vermiş yanğın nəticəsində azı 17 nəfər ölüb, 79 nəfər xəsarət alıb, onlardan 17 nəfərinin vəziyyəti ağırdır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm