Rusiya Bağdadini öldürdü? – RƏSMİ AÇIQLAMA
Bizi izləyin

Dünya

Rusiya Bağdadini öldürdü? – RƏSMİ AÇIQLAMA

“Hərbi şura”nın döyüşçüləri və daha 330-a qədər terrorçu məhv edlib.

Rusiya Müdafiə Nazirliyi mayın 28-də Rusiya Hərbi-Hava Qüvvələrinin zərbələri nəticəsində İŞİD terror təşkilatının lideri Əbubəkr Əl-Bağdadinin mümkün məhvi haqqında məlumatları yoxlayır.

Publika.az xəbər verir ki, bu haqda “RİA-Novosti” agentliyi idarənin mətbuat xidmətinin məlumatına istinadən bildirib.

“Məlumatlara görə, hava zərbələri ilə vurulan müşavirədə İŞİD lideri Əbubəkr əl-Bağdadi də iştirak edirdi. İnformasiya müxtəlif kanallar üzrə yoxlanılır”, - idarənin xəbərində deyilir.

Müdafiə Nazirliyindən bildiriblər ki, Rakka yaxınlığında hava hücumu nəticəsində İŞİD-in “hərbi şura”sına daxil olan 30 səhra komandiri və onların 300-ə qədər şəxsi mühafizəçisi məhv edilib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm