“Ən kiçik təcavüz olarsa...” -Ərdoğandan ABŞ-a SƏRT MESAJ
Bizi izləyin

Dünya

“Ən kiçik təcavüz olarsa...” -Ərdoğandan ABŞ-a SƏRT MESAJ

"İnsandan soruşmazlarmı ki, siz bunları niyə edirsiniz?”

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Portuqaliyanın RTP kanalına müsahibəsində ABŞ-a sərt mesajlar göndərib.

Publika.az xəbər verir ki, prezident ötən ay amerikalı həmkarı Donald Trampa xəbərdarlıq etməsinə baxmayaraq, ABŞ-ın Rakka əməliyyatını PYD/PKK terror təşkilatı ilə birgə həyata keçirməkdə israr etdiyini söyləyib.

“Görürük ki, ABŞ hazırda terror təşkilatı ilə əməkdaşlıq edərək Rakkaya girir. Biz ABŞ-a deyirik ki, gəlin bunu birlikdə edək, bir terror təşkilatı ilə niyə edirsiniz? Terror təşkilatı ilə birlikdə hərəkət etmək Amerika kimi güclü bir dövlətə yaraşırmı? Bunu qəbul etməyimiz mümkün deyil. Amma gördük ki, israr etdilər, biz də “xeyirli olsun” dedik. Amma bunu da söylədik: Əgər ölkəmizə qarşı ən kiçik təcavüz olarsa, kimsə ilə danışmadan lazım olanı edərik”, - Türkiyə prezidenti vurğulayıb.

Prezident Suriyanın Hələb vilayətinin Kobani mahalında – PYD-nin nəzarətində olan ərazidə ABŞ tərəfindən hava limanının inşa edilməsini də şərh edib: “Hava limanının inşa edilməsi o deməkdir ki, bura sabah təyyarələr enəcək. İnsandan soruşmazlarmı ki, siz bunları niyə edirsiniz, niyə buralara girirsiniz?”

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm