Almaniyanın keçmiş kansleri öldü
Bizi izləyin

Dünya

Almaniyanın keçmiş kansleri öldü

O tək alman siyasətçisidir ki, bu vəzifəni...

Almaniyanın keçmiş kansleri Helmut Kol 87 yaşında ölüb.

Publika.az xəbər verir ki, bu haqda “Bild” nəşri bildirib.

Nəşrin yazdığına görə, keçmiş kansler Almaniyanın Lyudviqsxafen-am-Rayn şəhərindəki evində həyatını itirib.

Helmut Kol 1982-ci ildən 1998-ci ilə qədər Almaniyanın kansleri olub. O tək alman siyasətçisidir ki, bu vəzifəni dörd müddət ardıcıl tutub. Keçmiş kansler Almaniyanın birləşməsi prosesi və “soyuq müharibə”nin dayandırılmasında böyük rol oynayıb.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm