ABŞ esminesi Yaponiya sahillərində ticarət gəmisi ilə toqquşdu, 7 nəfər itkin düşdü - - VİDEO (YENİLƏNDİ)
Bizi izləyin

Dünya

ABŞ esminesi Yaponiya sahillərində ticarət gəmisi ilə toqquşdu, 7 nəfər itkin düşdü - - VİDEO (YENİLƏNDİ)

Yaralıların sayı dəqiqləşdirilir.

ABŞ-ın Yaponiya sahillərində ticarət gəmisi ilə toqquşmuş esminesinin 7 ekipaj üzvü ilə əlaqə yaratmaq mümkün olmayıb.

"Report" xəbər verir ki, bu barədə "NHK" teleşirkəti məlumat yayıb.

Məlumatda bildirilir ki, esminesin ticarət gəmisi ilə toqquşması zamanı daha bir nəfər xəsarət alıb.

Qeyd edək ki, ABŞ esminesi Yaponiya sahillərində ticarət gəmisi ilə toqquşub. "USS Fitzgerald" esminesi Yokosukidən 56 dəniz mili (103,7 kilometr) cənub-qərbdə ticarət gəmisi ilə üz-üzə gəlib.

***

ABŞ-ın hərbi gəmisi Yaponiya sahillərində ticarət gəmisi ilə toqquşub.

Publika.az xəbər verir ki, "USS Fitzgerald" esminesi Yokosukidən 56 dəniz mili (103,7 kilometr) cənub-qərbdə ticarət gəmisi ilə toqquşub. Yaralıların sayı dəqiqləşdirilir.

Bildirilir ki, ABŞ-ın Hərbi Dəniz Qüvvələri kömək üçün Yaponiyanın sahil mühafizəsinə müraciət edib. (report)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm