21-ci Beynəlxalq Quran müsabiqəsi keçirildi
Bizi izləyin

Dünya

21-ci Beynəlxalq Quran müsabiqəsi keçirildi

Bu il Dubayda 21-ci Beynəlxalq Quran Müsabiqəsi keçirilib.

Publika.az xəbər verir ki, müsabiqədə 96 ölkədən 103 nəfər hafiz iştirak edib. Müsabiqə bütünlükdə Qurani-Kərimin hifzi bölümündə keçirilib.

Müsabiqə Ramazan ayının əvvəlindən 20-dək davam edib.

Müsabiqədə birinci yeri Banqladeşdən olan 13 yaşlı Məhəmməd Təriqul-İslam, ikinci yeri amerikanı təmsil edən Həzib Siddiqi, üçüncü yeri isə Səudiyyə Ərəbistanı və Tunisi təmsil edən hafizlər qazanıb.

Qeyd edək ki, hər il olduğu kimi bu dəfə də müsabiqə siyasi qalmaqalla yadda qalıb. Belə ki, Səudiyyə Ərəbistanı və Qətər arasında yaranmış gərginlikdən sonra BƏƏ Sudan və Qətər təmsilçilərini müsabiqədən uzaqlaşdırıb.

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm